Müğənni Çinarə Məlikzadə şəxsi həyatı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, sənətçi bu barədə “Səhərin səsi” verilişində danışıb. İfaçı deyib ki, hazırda sevgilisi yoxdur:
“Çox çətin sevən, ümumiyyətlə, çətin bəyənən insanam. Qarışmdakı insanın daxili aləmindən, xarakterindən təsirlənə bilərəm. Maşınla, evlə “risofka”lanan oğlanları bəyənmirəm. İnstaqramda oğlanlar var ki, qızlar kimi bahalı paylaşımlar edirlər. Mənə sənin daxilin maraqlıdır, özün bəs kimsən? Xarici görünüşü də önəmlidir. Deyirlər, əsas qəlbidir. Bu da düzdür. Demirəm, lap çox yaraşıqlı olsun, heç olmasa xarizmatik, özünəxas bir mimikası olsun. Əsas odur ki, bir-birinin əskiyini tamamlaya biləsən.
Əsas dost münasibəti, hörmət və anlayışdır. Çünki bir yaşdan sonra sevgi bitir. Bir problem belə olanda qarşı-qarşıya oturub yetişkin kimi həll edə bilək. Onsuz da bilirəm xoşuna gəlmirsə, bunu etməyəcəm. Zatən bilirsən kimi seçirsən, onu olduğu kimi qəbul etmək lazımdır. Mən oğlan dostlarımla çox səmimiyəm. Deyirəm, siz məni xoşuma gələn oğlanın yanında görməmisiniz. Bir dəfə dostum gördü ki, özümdə deyiləm, heç bilmirdim nə danışıram, çox gülməli görünürdü. İnsanı dəyişdirməyin, onu elə özü olduğu üçün sevin. Dostum deyir ki, sən oğlanları o qədər tanıyırsan ki, ona görə münasibət qura bilmirsən. Salam verəndə bilirəm necədir. Sevgilim yoxdur. Eşitmişəm, deyirlər ki, o qız məni bəyənməz. Deyirəm, sən gəldin, mən bəyənmədim? Amma öz xoşuma gələn oğlan olanda bildirirəm. O da başa düşür. Problem odur ki, məndən xoşu gələnlər görür ki, oralıq deyiləm. Gərək oğlanı mən seçim, onlar məni yox. İndi seçə bilmirəm, səmimi deyillər. Bir dəfə dedilər ki, bir az qızlarla dostluq et ki, oğlanlara başqa gözlə baxa biləsən”.