Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.
OLAY Axşam.az-a istinadən yazır ki, onun səhhəti pisləşib.
“Toppuş bacı” ləqəbli aktrisa açıqlamasında xəbəri təsdiqləyib. Sənətçi hazırda həkim nəzarətində olduğunu deyib:
“Yaxşı olacağıma inanıram”.
Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.