Fotosessiya
Fotosessiya

“Kaş bizim də Atatürk kimi liderimiz olardı”-Əfqan müğənni

“Kaş bizim də Atatürk kimi liderimiz olardı”-Əfqan müğənni

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra ölkəsini tərk edib Türkiyəyə sığınan Aryana Sayeed ilk dəfə açıqlama verib.

OlAY yazır ki, o, Türkiyə KİV-nə bunları söyləyib:

“Türkiyənin qədrini bilin. Qadınlar üçün cəhənnəm olan bir ölkədən sizə sığındım. Mustafa Kamal Atatürkə minnətdar olmalısınız. Biz Kabildə mühasirədə qaldıq. Havalimanına getməyə qərar verdiyimiz gecə həm nişanlım, həm də mən ölə biləcəyimiz gerçəyi ilə üzləşdik. Sadəcə mən canlı tutulmaq istəmədim. Keçmişdə qadınları daşlayaraq öldürdüklərini görmüşdüm. Həmçinin cinsi təcavüzə məruz qalmaqdan qorxurdum. Taliban və ya başqa terrorçu birləşməsi tərəfindən tutulmaqdansa, ölməyi seçərəm. Türkiyə dünyadakı bir çox müsəlman ölkəsindən daha demokratik olduğu üçün gəldim. Yaxşı ki, Atatürk var. Kaş bizim də belə bir liderimiz olardı. Türkiyəni sevirəm”.