Əməkdar artist Ruhəngiz Allahverdiyeva sosial şəbəkələrdə onu təhqir edən şəxslərə cavab verib.
OLAY yazır ki, “Elgizlə izlə” proqramına qonaq olan müğənni fotoşoplu şəkillərini ələ salan insanlara ismarıc yollayıb. Allahverdiyeva qeyd edib ki, yazılan şərhlərə görə ailəsində dava yaranıb:
“Biri yazıb ki, bu niyə mərmərdən baxmır? Atanın çörəyini yeyirəm? Sən kimsən? Mənə ömrü verən Allahdır! Kimin ərini əlindən almışam ki, narahatdılar? Çox tərbiyəsiz sözlər yazırlar. Fotoşopa görə mənimlə dava edirlər. Mən müğənniyəm, istədiyim fotonu paylaşa bilərəm. Sizə nə? Bacınız, ananız, sevgilinizəm? Siz kimsiz ki? Bir özünüzə baxın!
Mənə heç kəsə toxuna bilməz. Mən həmin tərbiyəsizləri görəndə bu ölkədən getmək istəyirəm. Niyə? Ailəmdə şərhlərə görə iki böyük davam çıxıb. Niyə ailə dağıdırsız?”.