Fotosessiya
Fotosessiya

Nuranın ortancıl oğlu da evlənibmiş

Nuranın ortancıl oğlu da evlənibmiş

Müğənni Nura Suri ortancıl oğlunun da ailə qurduğunu açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi “MTV Magazin”ə danışıb.

Nura deyib ki, böyük oğlu Xosrovla yanaşı digər övladı Mohsen də evlənib:

“İkisi də evlidir. Karantində evləniblər. Biz Azərbaycanda toy etməli idik. Amma sənədlərdə problem var. Orada da bürokratiyadır. Bir sənədi düzəltmək üçün beş -altı ay gözləməlisən. Bizdəki kimi iki dəqiqədə düzəlmir”.

Qeyd edək ki, ifaçının böyük oğlu milliyyətcə rus olan xanımla ailə qurub.

Onu da xatırladaq ki, Nuranın David adlı bir oğlan övladı da var.