Fotosessiya
Fotosessiya

Damla yolda vəziyyəti pisləşən azyaşlıya kömək etdi

Damla yolda vəziyyəti pisləşən azyaşlıya kömək etdi

Müğənni Damla yolda vəziyyəti ağırlaşan azyaşlı uşağa və ailəsinə yardım edib.

OLAY yazır ki, bu barədə hadisə yerində olan şəxs instaqramda məlumat yayıb.

“Taksi gözləyirdim. Yolun kənarında bir maşın dayandı. Xanım və bəy maşından şok vəziyyətdə düşdülər. Qucaqlarında 5-6 yaşında oğlan uşağı var idi. Uşaq huşunu itirib, rəngi ağarıb, ağzı köpüklənir. Valideynləri elə vəziyyətdə idilər ki, nə köməyə kimisə çağıra, nə də bir şey edə bilirdilər. Sadəcə uşağa baxırdılar. Tez onlara yaxınlaşdım, uşağın ağzını açıb dilini çıxartdım. Sonra yola qaçıb, bir maşın saxladım ki, uşağı xəstəxanaya çatdıraq. Təsəvvür edin ki, ata-ana elə şok vəziyyətdə idilər ki, bilmirdilər maşına minsinlər, ya yox. Mindilər. Yola düşdük. Uşaq özünə gəldi. Bu zaman başımı qaldırıb gördüm ki, Damla xanımın maşını imiş. Sürücüyə və Damla xanıma öz adımdan təşəkkür edirəmki, bu hadisəyə biganə qalmadılar, insanlıq broclarını yüksək səviyyədə yerinə yetirdilər”, - deyə, paylaşımda bildirilib.