Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Nigar Camal, Eldar Qasımov, Nərmin Kərimbəyova, Dilarə Kazımova və Samirə Alimaryam bir araya gəlib.
OLAY yazır ki, onlar Zəfər Günü ilə bağlı təşkil olunan konsert proqramında görüşüblər. Populyar ifaçılar həm də stilləri ilə diqqət çəkiblər. Nərmin, Nigar və Eldar həmin gecə üçün qara rəngi seçiblər.
Samirə ilə Dilarənin seçimi isə qırmızı rəng olub. Xüsusilə də S. Alimaryam uzun, tünd qırmızı libası və saç düzümü ilə bəyənilib. Tədbirdə Z. Xanbabayeva isə xüsusi olaraq seçilib.