Maraqla gözlənilən “Prestij meselesi” filminin treyleri yayımlanıb.
OLAY yazır ki, Mahsun Kırmızıgülün fevralın 3-də təqdim olunması gözlənilən ekran işindən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, kinoda Biran Damla Yılmaz, Eser Yenenler, Aslıhan Güner, Erkan Petekkaya və başqaları yer alıb.
Xatırladaq ki, 1992-1993-cü illəri əhatə edəcək film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestij müzik” şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub. Mahsunu filmdə oğlu Mahmut oynayıb.