“Prestij meselesi” filmində aktyor və rejissor Mahsun Kırmızıgülün obrazını canlandıracaq şəxs məlum olub.
OLAY yazır ki, sənətçini roluna oğlu Mahmut həyat verəcək. O, 6 ay aktyorluq kursuna gedib, ekran işi üçün atası ilə birgə çalışıb.
Mahmut rol üçün 8 kilo çəki atıb.
Qeyd edək ki, kinoda Biran Damla Yılmaz, Eser Yenenler, Aslıhan Güner, Erkan Petekkaya və başqaları yer alacaq.
Xatırladaq ki, 1992-1993-cü illəri əhatə edəcək film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestij müzik” şirkətini qurduğu dövrdən bəhs edəcək.