Rejissor Todd Fillipsin “Joker: Two Man Madness” filminin çəkilişləri noyabrın sonunda başlayacaq.
OLAY yazır ki, bu barədə “Behind the Screen” podkastında qonaq olan kinematoqraf Lourens Şer bildirib.
Kinematoqrafın sözlərinə görə, filmin əsas hissəsi Los-Ancelesdəki studiyalarda çəkiləcək. Bəzi səhnələr Nyu Yorkda lentə alınacaq.
İkinci "Joker"in buraxılışı 2024-cü il oktyabrın 4-nə planlaşdırılıb.