Son zamanların diqqət çəkən “Yalı çapkını” serialının ssenarisi də psixoloq Gülseren Budayıcıoğlunun kitabından götürülüb.
OLAY yazır ki, bu barədə yazarın özü məlumat verib. O bildirib ki, ekran işində real həyat hekayəsi əks olunur:
“Mənim çox sevdiyim hekayədir. Hər obrazın fərqli kədəri və problemi var. Görək siz hansı qəhrəmanla empatiya quracaqsınız. Mən Seyranın bacısı Sunanı özümə yaxın görürəm. Mənim də bacımla münasibətim belə səmimi idi. Bibisinin, anası Esmenin, Sunanın talehi başqadır”.
Qeyd edək ki, sözügedən ekran işində Çetin Tekindor, Afra Saraçoğlu, Emre Altuğ kimi simalar rol alır.
Onu da xatırladaq ki, “Camdaki kız”, “Masumlar apartmanı”, “Kırmızı oda” kimi seriallar G. Budayıcoğlunun kitabı əsasında çəkilib.