Kıvanç Tatlıtuğun Serenay Sarıkaya ilə baş rolunda oynayacağı “Kral kaybederse” serialından imtina etməsinin səbəbi məlum olub.
OLAY yazır ki, sənətçi hər bölüm üçün 1,5 milyon lirə pul istəyib.
Serenay da hər bölümə görə 1 milyon lirə tələb edəndə isə prodüser bu adlardan imtina edərək, başqa aktyorlar axtarmağa başlayıb.
Xatırladaq ki, sözügedən ekran işi psixoloq Gülseren Budayıcıoğlunun eyni adlı kitabı əsasında hazırlanır.