Kıvanç Tatlıtuğ baş rol olacağı “Kral kaybederse” serialından ani qərarla ayrılıb.
OLAY yazır ki, sənətçinin öz istəyi ilə layihədən imtina etdiyi bildirilir.
Xatırladaq ki, sözügedən ekran işi psixoloq Gülseren Budayıcıoğlunun eyni adlı kitabı əsasında hazırlanır. Serialda Beren Saatın da rol alacağı deyilsə də, sonradan Serenay Sarıkaya ilə müqavilə imzalandığı öyrənilib.