Yaxın günlərdə tamaşaçı qarşısına çıxması planlaşdırılan “Cennetin çocukları” serialının adı dəyişdirilib.
OLAY yazır ki, layihənin yeni adı “Yürek çıkmazı” olacaq.
Ekran işinin baş rollarında isə Apl Navruz və İrem Helvacıoğlu yer alır.
Xatırladaq ki, İremdən əvvəl sözügedən rol üçün Ayça Ayşin Turana təklif getmişdi. Amma Ayça hazırda ayrıldıqları iddia olunan sevgilisi Alp ilə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyü üçün təklifi geri çevirmişdi.