Türk aktrisa Ayça Ayşin Turan aktyor sevgilisi Alp Navruzla eyni layihədə yer almaq istəməyib.
OLAY yazır ki, Ayça sevgilisi ilə birgə ikinci dəfə eyni serialda rol almasının karyerasına xələl gətirəcəyini düşündüyü üçün belə bir qərar verib.
Bundan sonra sözügedən layihə üçün aktrisaya hər bölümə görə 150 min lirə (təxmini 14 min manat) təklif olunub.
Sənətçi qiyməti eşitdikdən sonra düşünmək üçün vaxt istəyib.
Xatırladaq ki, cütlük daha əvvəl “Ada masalı” serialında birgə rol alıb.