“Qətl, yazdığı detektiv” serialında Cessika Fletçer obrazını və “Gözəl və vəhşi” filmində Missis Pottsun səsini canlandıran aktrisa Anjela Lensberi vəfat edib.
OLAY yazır ki, film ulduzu 96 yaşında həyatını itirib. Anjelanın övladları onun 97 yaşına beş gün qalmış Los-Ancelesdəki evində yuxuda öldüyünü açıqlayıblar.
Qeyd edək ki, onun karyerası 70 ildən çox davam edib.
Aktrisa üç dəfə Oskara, 18 dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl Qlobus Mükafatını qazanıb və beş dəfə ən yüksək Amerika Toni Teatr Mükafatını alıb.
2013-cü ildə Anjela kinonun inkişafına verdiyi töhfəyə görə Oskar sahibi olub.