Rejissor Kennet Brana “The Haunting in Venice” filminin heyətini açıqlayıb.
OLAY yazır ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Qeyd olunub ki, əsas personajları Ceymi Dornan (“Bozun 50 çaları”), Tina Fey (“Yazıq qızlar”), Mişel Yeoh (“Geyşanın xatirələri”) və Kayl Allen (“Amerikan dəhşət hekayəsi”) canlandıracaqlar.
Süjet detektiv Kristinin “Halloween Party” əsəri əsasında qurulub.
Filmin çəkilişləri noyabrda London və Venesiyada başlayacaq. Premyera 2023-cü ildə reallaşacaq.