Ukraynanın Xalq artisti, “Avroviziya- 2006” iştirakçısı Tına Karol Azərbaycana gəlir.
OLAY yazır ki, estrada olduzu sentyabrın 9-da Bakıda solo konsert verəcək. 37 yaşlı sənətçi Heydər Əliyev Sarayında çıxış edəcək.
Qeyd edək ki, Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olub.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirib. “Novaya Volna-2005” müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanıb.
2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır.
Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Mənə sevgini göstər) mahnısını ifa edir və 7-ci yerə layiq görülür.
İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.