“Netflix”in yeni qorxu serialı “The Midnight Club” Ginnesin Rekordlar Kitabına düşüb.
OLAY yazır ki, buna səbəb eyni bölümdə ən çox “jumpscare” (Qorxudan yerindən oynadan – red.) səhnəsinin olmasıdır.
Qeyd edək ki, oktyabrın 7-də yayımlanan serialda ölümcül xəstəliklərdən əziyyət çəkən gənclərin qaldığı baxımqocalar evi olan “Brightcliffe”dən bəhs edən layihə qısa zamanda platformanın zirvəsinə qalxıb.