Ən pis final edən serialların siyahısı açıqlanıb.
Bütün dünyada böyük auditoriya toplayan həmin seriallar hər nə qədər ssenarisi və unudulmaz personajları ilə yadda qalsa da, final bölümləri ilə pərəstişkarlarını qane etməyi bacarmayıb.
OLAY bütün zamanların ən pis final edən 10 serialını təqdim edir:
1. “Seinfeld”
Komediya tərəfi ilə gündəmə gələn serial finalın “darıxdırıcı” keçməsi ilə ən pis final edənlər sırasında oldu.
2. “Game of Thrones”
Serial hər bölümdə təəccüblü hadisələrlə tamaşaçıları ekrana həbs etməyi bacarsa da, gözlənilən finalı edə bilmədi.
3. “Dexter”
Miyamidə axtarışda olan qatilin hekayəsindən bəhs edən serial final bölümü ilə pərəstişkarlarını məyus etdi.
4. “Lost”
Boş bir adaya düşən bir qrup insanın sağ qalmaq uğrunda apardığı mübarizədən bəhs edən serial bəzilərinə görə gözlənilməz bir sonluq təqdim etsə də, bir çoxları finalda bəzi sualların hələ də cavabsız qaldığını düşünür.
5. “The Sopranos”
Toni Soprano və ailəsinin hekayəsindən bəhs edən “Emmy” mükafatlı serial final bölümündə baş qəhrəmanın hekayəsi yaxşı əlaqələndirilmədiyi üçün tənqid olundu.
6. “Battlestar Galactica”
Elmi-fantastika serialı 2009-cu ildə ekranla vidalaşarkən pərəstişkarlarını məmnun etməyi bacarmayan istehsallar arasında oldu.
7. “How I Met Your Mother”
Ted Bosbinin illərlə övladlarına anaları ilə necə tanış olduqlarından bəhs edən serial depressiv sonu ilə sevənlərini qane edə bilmədi.
8. “Two and a Half Men”
12 sezon davam edən serialın baş qəhrəmanı Çarli Şinin son iki mövsümdə serialdan ayrılması hekayənin başqa istiqamətə yönəlməsinə səbəb oldu.
9. “Gossip Girl”
Serialda məşhur “qeybətçi qız” personajının əsl kimliyi böyük şok yaratsa da, hekayədə hər kəsin xoşbəxt sona sahib olması serialın dramatik ruhunu əks etdirməyə yetərli olmadı.
10. “Mad Men”
Reklam şirkətinin rəhbəri Don Draperdən bəhs edən serial final bölümündə hər bir personajın taleyini xoşbəxt sonluqla bağlamağa çalışması ilə pərəstişkarları tərəfindən “süni” adlandırıldı.