Türk aktyor Uğur Pektaş 6 illik fasilədən sonra ekranlara qayıdır.
OLAY yazır ki, Uğur “Teşkilat-ı Mahsusa Trablus” adlı serial ilə tamaşaçılar qarşısına çıxmağa hazırlaşır.
Çəkilişləri Türkiyə, Tunis və Əlcəzairdə çəkiləcək olan ekran işi gerçək bir casusun hekayəsindən bəhs edəcək.
Pektaşın son halını görənlər isə təəccübünü gizlədə bilməyib.
Xatırladaq ki, Uğur 2005-ci ildə “Survivor” yarışmasında qalib olduqdan sonra aktyorluq karyerasına başlayıb. O, “Arka Sokaklar” serialında canlandırdığı Murat obrazı ilə məşhurlaşıb.