Universal Film Company məşhur “Amerikan piroqu” franşizasının yeni hissəsini hazırlayır.
OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
“Brooklyn 9-9”, “Buffy the Vampire Slayer”, “Lucky Sam” layihələrindəki işi ilə tanınan Suhata Day ssenarist və rejissor kimi çıxış edəcək. Süjet təfərrüatları hələ açıqlanmayıb, lakin hekayə layihənin “orijinalı”na əsaslanır.
Qeyd edək ki, filmin ilk hissəsi 1999-cu ildə təqdim olunub. Bu layihə onların rejissorluq debütü olan Paul və Chris Weitz qardaşları tərəfindən idarə olunub.