“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 sentyabrdan Türkiyə istehsalı olan “Yanlış Anlama 2” filminin nümayişi başlayır.
OLAY yazır ki, film yemək bişirmək qabiliyyətini itirdiyini düşünən aşpazın hekayəsindən bəhs edir. Hekayə qəhrəmanın Türkiyədən Azərbaycana səyahəti ilə başlayır və burada çoxlu müxtəlif məzəli macəralarla qarşılaşır.
Ekran işinin rejissoru Aykut Taşkındır. Baş rollarda Cemal Hünal, Yılmaz Gruda və Fatih Özkan çəkiliblər. Filmdə türk aktyorlarla yanaşı, İslam Mehrəliyev, Elcan Rəsulov, Gülşən Hüseynli kimi yerli aktyorlarımız da rol alıblar.