Instaqram sosial şəbəkəsi “PornHub” hesabını həmişəlik platformasından silib.
OLAY Yazır ki, Bu barədə “Vice” nəşri məlumat yayıb. Daimi bloklamaq qərarı hesabın 10 il ərzində müəlliflər qaydalarını bir neçə dəfə pozması səbəbindən qəbul edilib.
Buna cavab olaraq “PornHub” açıq məktub dərc edərək, instagramın porno aktyorları haqsız yerə təqib etdiyini bildirib.
Şirkətin məlumatına görə, onun hesabında yerləşdirilən məzmun həmişə PG reytinqi tələblərinə cavab verib.
Platformanın məktubunda deyilir: “PornHub hesabı üç həftə müddətində qeyri-aktiv olduğu halda, Kim Kardaşyan tam çılpaq halını instaqramdan heç bir məhdudlaşdırıcı hərəkət etmədən 330 milyon izləyiciyə təqdim etdi”.
“PornHub” məktubunu 63 porno aktyor, o cümlədən Riley Reid, Lucy Hart və King Noire kimi ulduzlar imzalayıb.