Film / Serial
Film / Serial

Bu film Rusiya və MDB-də liderdir

Bu film Rusiya və MDB-də liderdir

“Qırmızı papaq” filmi ötən həftəsonu 47 milyon rubl yığaraq Rusiya və MDB məkanında film prokatının lideri olub.

OLAY yazır ki, bu barədə kinobusiness.com portalı sentyabrın 22-dən 25-dək olan dövr üçün məlumatlara istinadən xəbər verir.

Film sentyabrın 22-də nümayiş olunub. Layihənin rejissorları Lina Arifulina, Aleksandr Barşak və Artem Aksenenkodur.

Məşhur nağılın bu versiyasının süjetinə görə, Qırmızı papaq şəhəri canavarlardan xilas etməli və atası Volkoboyun yoxa çıxmasının sirrini açmalıdır. Bundan əlavə, o, gözlərindəki qorxuları ilə üzləşməli və öz taleyini tapmalıdır.

Əsas rolları Taisya Kalinina, Danila Yakuşev, Yekaterina Klimova və başqaları ifa ediblər.