Film / Serial
Film / Serial

Bred Pitt heykəltəraş oldu

Bred Pitt heykəltəraş oldu

Son zamanlar “Sui-qəsd qatarı” filmi ilə gündəmə gələn məşhur amerikan aktyor Bred Pitt heykəltəraş olub.

OLAY yazır ki, Hollivud ulduzu Finlandiyadakı Sara Hilden İncəsənət Muzeyində ilk əsərlərini təqdim edib. 

Avstraliyalı musiqiçi Nik Cave və rəssam Tomas Houseaqonun əsərlərinin də yer aldığı “Biz” adlı sərgidə ulduzun əsərləri ziyarətçilərin ixtiyarına veriləcək.

Pittin 9 əsəri 2023-cü il yanvarın 15-dək muzeydə sərgilənəcək.