Film / Serial
Film / Serial

Keçmiş sevgililər eyni layihədə!

Keçmiş sevgililər eyni layihədə!

Məşhur türk aktyor Çağatay Ulusoy keçmiş sevgilisi aktrisa Berrak Tüzünataçla partnyor olacaq.

OLAY yazır ki, onlar yaxın vaxtda “Netflix”də yayımlanacaq “Terzi” serialında birgə rol alacaqlar.

Bu vəziyyət isə Ulusoyun hazırkı sevgilisi Duyqu Sarışının ürəyincə olmayıb. Cütlük arasında qısqanclıq problemi yaranıb. İzləyicilər isə Çağatayla Duyqunun arasının teziklə düzələcəyinə inanır.

Qeyd edək ki, Ç. Ulusoy Berrakla 2012-ci ildə sevgili olub.