Film / Serial
Film / Serial

Dünya şöhrətli kinorejissor öldü

Dünya şöhrətli kinorejissor öldü

Dünya şöhrətli kinorejissor Jan Lyuk Qodar 91 yaşında vəfat edib.

OLAY yazır ki, rejissorun ölümü barədə Fransanın Liberation nəşri məlumat yayıb.

Qeyd edək ki, improvizasiyalı çəkiliş tərzi və ciddi radikallığı ilə tanınan Qodar 1960-cı illərə getdikcə daha çox siyasiləşən filmlər silsiləsi ilə damğasını vurdu.

Rəqəmsal texnologiyanı sınadığı “Film Sosializm” və “Dilə Əlvida” kimi filmləri ilə son illərdə gözlənilməz bir karyera yüksəlişi yaşadı.