Türkiyənin nüfuzlu “Altın Portakal” film festivalındakı jürilərin adı açıqlanıb.
OLAY yazır ki, aktrisa Ezgi Mola da münsifler heyətində yer alıb. O, sənədli və qısametrajlı filmləri seçən şəxslər sırasında olacaq.
Qeyd edək ki, festival 1-8 oktyabrda baş tutacaq.
Onu da bildirək ki, Azərbaycandan bu nüfuzlu festivalda mükafat alan yeganə sənətçi Nəsrin Cavadzadədir. O, 2014-cü ildə “Kuzu” filmindəki performansına görə “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.