Səudiyyə Ərəbistan dünyaca məşhur Netflix platformasından İslami və sosial dəyərlərə zidd olan bütün məzmunu silməyi tələb edib.
OLAY yazır ki, Körfəz Əməkdaşlıq ölkələri də Ərəbistanı dəstəkləyib və sözügedən şirkətə xəbərdarlıq ünvanlayıb.
Netflix “uşaqların sağlam böyüməsini təhdid edən əxlaqsız mesajlarla sinematik örtük” olaraq xarakterizə edilib.
Platforma hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hakimiyyəti keçən ay YouTube-u İslami dəyərlərə zidd reklamlara icazə verməkdə də ittiham edib.