Aktyor Aras Bulut İynemli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdən bəhs edən film üçün hazırlıqlara davam edir.
OLAY yazır ki, sənətçi Atatürk roluna görə saqqalını kəsdirib, sadəcə bığ saxlayıb. O, həm də saçını və bığlarını da sarı rəngə boyadıb. Aras yeni imicini yer aldığı reklam çəkilişində gizlətməyə çalışıb.
Qeyd edək ki, serial oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümündə “Disney Plus”da yayımlanacaq.