İranda 43 ildən sonra kinoteatrlarda xarici film nümayiş olunub.
OLAY yazır ki, türk rejissor Faysal Soysalın “Ceviz ağacı” filmi İranda kinosevərlərə təqdim edilib.
43 ildən sonra İranda kinoteatrlarda nümayiş etdirilən ilk xarici film olan ekran əsəri 20 mükafat qazanıb və Türkiyənin “Oskar” mükafatına namizədləri arasında yer alıb.
Filmin baş rollarını Serdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mert Yavuzcan, Şebnem Dilligil və Rıza Akın oynayıb.