ATV kanalında yayımlanan “Qız atası” serialının heyətində dəyişiklik olub.
OLAY-ın əldə etdiyi məlumata görə, aktrisa Nərgiz Məmmədova sözügedən ekran işinin 9-cu sezonunda yer almayacaq.
Onun canlandırdığı Səbinə obrazına isə yeni aktrisa həyat verəcək. Həmin rol üçün serial heyətinə isə Raksana İmir daxil olub.
Qeyd edək ki, teleserial 2014-cü ildən etibarən ATV kanalında yayımlanır və layihədə Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Xəyalə Quliyeva, Əkbər Əlizadə kimi məşhurlar yer alır.