Baş rollarını Çağatay Ulusoy və Şifanur Gülün oynadığı “Terzi” serialının üçüncü sezonunun çəkilişlərinə başlanılıb.
OLAY yazır ki, rejissorluğunu Cem Karcının etdiyi ekran işi tezliklə “Netflix”də yayımlanacaq.
Qeyd edək ki, serialın ilk adı “Süslü Korkuluk” idi və TV8-də yayımlanması planlaşdırılırdı. Hətta layihənin anonsu da efirə verilmişdi.