Məşhur aktyor Çağatay Ulusoyun növbəti layihəsi açıqlanıb.
OLAY yazır ki, sənətçinin yeni serialının ssenarisi dəyişdirilib. Buna görə də, o, “Süslü korkuluk” şifrə adlı ekran işində olacaq.
Layihənin rejissoru bir çox reytinqli serialda imzası olan Cem Karcıdır. İstanbula qayıdan Cem ekran işinin ilk tanıtım çarxını çəkəcək.
Serial TV 8-də yayımlanacaq. Çağatayın tərəf müqabilinin kimliyi isə hələ açıqlanmayıb.