Film / Serial
Film / Serial

“Betmen 2” üçün razılıq verilmədi

“Betmen 2” üçün razılıq verilmədi

Robert Pettinsonun baş rolunu oynadığı “Betmen”in ikinci hissəsinin çəkilişləri hələ də “Warner Bros.”un rəhbərliyi tərəfindən təsdiqlənməyib.

OLAY yazır ki, kino şirkəti sikvel barədə aprelin sonunda elan etsə də, istehsala hələ razılıq verilməyib.

Qeyd edək ki, Robert Pettinsonun iştirakı ilə çəkilən ekran işi təxminən 770 milyon dollar gəlir əldə edib. Bununla belə, “Betmen 2”nin buraxılışına hələ ən azı bir neçə il olduğu düşünülür.