“Warner Bros. Discovery” film layihələrinin bağlanması nəticəsində 825 milyon dollar itirib.
OLAY yazır ki, şirkət filmlərinin və seriallarının keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü etiraf edib.
“Batgirl” filminin yaradıcılarına layihənin post-prodakşn mərhələsində olmasına baxmayaraq, irəli getməyəcəyi bildirilib. Şirkətdəki bəzi mənbələr filmin vergilərə qənaət etmək üçün dayandırıldığını güman edir.
Şirkətin rəhbərliyi artıq xərcləri 3 milyard dollar azaltmaq niyyətində olduğunu açıqlayıb.