Merilin Monronun həyatından bəhs edən “Blonde” filmindən yeni fotolar paylaşılıb.
OLAY yazır ki, baş rolu Ana De Armasın canlandırdığı ekran işi Coys Karol Oatesin “Sarışın” bestseller romanının motivləri əsasında çəkilib.
“Blonde” filmində Monronun ictimai və şəxsi həyatının gerçəklikləri təqdim olunacaq. Layihə “Netflix” platformasında yayımlanacaq.