"Bəzi addımlarıma görə özümə "çox sağ ol" deyirəm. Mənim həyatımda heç nə elə-belə baş vermir. Əvvəl nəyəsə görə depressiyaya düşərdim. Baxıram, hər müsahibədə "depressiyadayam" deyirdim. İndi bu sözü dilimdən eşidə bilməzsiniz".
Olay.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət musiqidən gedir" verilişində deyib. Müğənni "Crystal hall"da verdiyi məşhur konsertindən danışıb. O, həmin gecədə səhnədə ağlamağının səbəbini açılayarkən kövrəlib:
"Səhnə fəaliyyətimin 30 ili idi. Özüm öz qarşımda imtahan verdim. Səhnədəki göz yaşlarım... Həmin mahnını oxuyanda düşündüm ki, nələr oldu, nələri atlatdım. Hamısı bir an gözümün qarşısından keçdi, hisslərimi saxlamaq istəmədim. Bir insanın yanında ağalamaq mənimk üçün çətindir. Amma tamaşaçı qarşısında yox (ağlayır). Duyğusallaşdım.
Mənim üçün əsas addım atmaqdır. Ağrını düşünmürəm. Deyirəm, bunu edim, sonrasına baxaram. Addım atıram və görürəm ki, alındı".
Kazımova konsert üçün evini satması sualına "Müqabilində dünyalar qazandım, imtahandan 5 aldım. Dünyanın xoşbəxti oldum" cavabını verib.