Film / Serial
Film / Serial

“Titanik”in rekordunu yenilədi

“Titanik”in rekordunu yenilədi

Hollivud ulduzu Tom Kruzun yeni filmi “Top Gun: Maverick” rekord qırmağa davam edir. 

OLAY yazır ki, Toni Skottun orijinal “Top Gun” layihəsindən 36 il sonra gələn kino 1 milyard dollardan çox gəlirlə Kruzun karyerasında ən çox baxılan film olub.

Tomun rekorduna əlavə olaraq, layihə daha bir gəlir əldə edən rekorda imza atıb. Belə ki, ekran işi Paramount Pictures-ın Şimali Amerika kassasında (ABŞ və Kanada) ən çox gəlir gətirən filmi oub və 1997-ci ildə bütün zamanların ən məşhur və ən çox gəlir gətirən kinolardan biri olan “Titanik”in ümumi gəlirini üstələyib. 

Qeyd edək ki, “Titanik” 600 milyon dollar, “Top Gun: Maverick” 601 milyon dollar gəliri olub.