Film / Serial
Film / Serial

O da “Kırmızı oda”ya gəldi

O da “Kırmızı oda”ya gəldi

Türkiyənin ən çox izlənilən seriallarından biri olan “Kırmızı oda”ya yeni sima gəlib.

OLAY yazır ki, müğənni-aktyor Emre Altuğ da serialın komandasına qatılıb.

O, çəkiliş meydançasından  foto paylaşaraq izləyicilərinə yeni layihənin xəbərini verib.

Qeyd edək ki, serial psixoloq-yazar Gülşen Budayıcıoğlunun “Madalyonun içi” kitabı əsasında çəkilir. Ekran işinin əsas obrazını isə Binnur Kaya canlandırır.