70-ci Berlin Film Festivalında “Şeytan Vojud Nadarad” (“Şeytan yoxdur”) filminə görə “Qızıl Ayı” mükafatını qazanan fars rejissor Mohammad Rasoulof həbs edilib.
OLAY yazır ki, bu barədə “Variety” xəbər agentliyi məlumat yayıb. O, özü kimi rejissor olan Mostada Al-Ahmadla saxlanılan Rasoulof “The Man of Integrity” ekran işinə görə 1 il həbs cəzası alıb.
Rejissora qarşı açılan iki məhkəmə prosesi hələ də davam edir.
Qeyd edək ki, fars şair və yazıçı Bəktaş Abtinin ölümündən bəhs edən “Qəsdən cinayət” sənədli filmi rejissora qarşı məhkəmə iddiasının açılmasının səbəblərindən biridir.