Film / Serial
Film / Serial

Bakıda “Fulya”nın təqdimatı olacaq

Bakıda “Fulya”nın təqdimatı olacaq

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin Bakıda premyerası olacaq. 

OLAY yazır ki, 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin qalası oktyabrın 31-də Nizami Kino Mərkəzində baş tutacaq. 

Qeyd edək ki, ekran işinin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.