İncəsənət
İncəsənət

“Sonuncu” filmi mükafata layiq görüldü

“Sonuncu” filmi mükafata layiq görüldü

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.