Yeddinci sezonu ilə 26 oktyabrda ekrana gəlməsi gözlənilən “Eşkıya Dünyaya Hükümdar Olmaz” yayımlanmayıb.
OLAY yazır ki, ATV serialın reklamını sosial media hesabından silərək şərhləri məhdudlaşdırıb. Məlumata görə, 200-cü bölüm bu gün kanala çatdırılacaqdı.
Lakin ATV rəhbərliyi son dəqiqə müqaviləsi ilə bağlı vədinə əməl etməyib. Serialın komandası seriyanı təslim etməyib, “Biz işi bitirdik”deyib.
Sosial şəbəkələrdə “EDHO” ilə bağlı müzakirələrə müğənni Demet Akalın da qoşulub. Onun serialın başlamaması haqda yazdığı statusa bir izləyicisi “Demet xanım, Oktay bəyə zəng edib soruşun”,-şərhini yazıb. Sənətçi həmin istifadəçiyə “Onlar da bilmirlər”,-deyə cavab verib.
Qeyd edək ki, sözügedən serialda Oktay Kaynarca, Ozan Akbaba, Yunus Emre Yıldırımer kimi aktyorlar rol alır. Yeni sezonda komandaya Uğur Yücel, Levent Ülgen, Burcu Binici kimi simalar qatılıb.