Film / Serial
Film / Serial

Nurgül Hollivudda mükafat aldı

Nurgül  Hollivudda mükafat aldı

Məşhur aktrisa Nurgül Yeşilçay Hollivudda mükafat alıb.

OLAY yazır ki, o, İran istehsalı olan “Beautiful Jinn” (Gözəl cin) layihəsində rolunu uğurla canlandırdığı üçün Next Generation Indie Film Mükafatlarında ən yaxşı aktrisa seçilib.

Aktrisa “Mən rol aldığım İran filmi ilə Amerika müstəqil kinorejissorlarından mükafat aldım. Pandemiya nəhayət bitdi! İndi filmlərin bir-bir nümayiş olunma vaxtıdır”,- deyə instaqramda bildirib.

Qeyd edək ki, sözügedən ekran işinin rejissoru Bayram Fəzlidir. Baş rollarda Nurgül Yeşilçay, Fərhad Aslani və Leyla Zaredir.