Müğənni Özcan Deniz ilə keçmiş həyat yoldaşı Feyza Aktan arasındakı qalmaqal bitmək bilmir.
OLAY yazır ki, sənətçi yenidən eks-xanımı ilə bağlı açıqlama verib. O, F. Aktanın ünvanına bu sözləri deyib:
“Qadınların çoxu qarşı tərəfdən pul almaq üçün boşanır. Olan uşaqlara olur. Onlar boşanaraq ömür boyu işləmədən yaşamağın yolunu tapırlar. Deyirlər, uşağını bir daha görə bilməzsən. Mənim dərdim aliment deyil, qəyyumluqdur. Oğluma qarşı yaxşı bir ana olsun. Nəyim varsa, canımla bərabər hamısını alsın. Lakin durum belə deyil”.
Qeyd edək ki, cütlük 2019-cu ildə boşanıblar.