Əfsanəvi “Game of Thrones” layihəsinin daha bir davam serialı çəkiləcək.
OLAY yazır ki, bu dəfə ekran işinin hekayəsi Kit Harrinqtonun canlandırdığı Con Snou obrazının üzərində qurulacaq.
Məlumata görə, personajın hekayəsi qaldığı yerdən davam edəcək.
Layihədə Arya Stark, Sansa Stark və Brayn of Tart kimi obrazların da qayıdışı da gözlənilir.
Qeyd edək ki, serialın ilk davam bölümləri "House of Dragon" adıyla 21 avqustda yayımlanacaq.