Film / Serial
Film / Serial

“House of Dragon”un yayım tarixi açıqlandı

“House of Dragon”un yayım tarixi açıqlandı

“Game of Thrones”un davamı kimi qiymətləndirilən “House of Dragon” serialının yayım tarixi açıqlanıb.

OLAY yazır ki, “Warner Bros.”un rəqəmsal platforması HBO Max-da yayımlanacaq ekran işi 21 avqustda təqdim olunacaq.

Qeyd edək ki, yeni serialda Emmy mükafatını qazanan “Game of Thrones”dan 200 il əvvəl baş verəcək hadisələr yer alacaq. Xüsusilə Tarqaryen sülaləsindən bəhs edən layihə imperiyaların dəmir taxtına yüksəlmək uğrunda apardığı mübarizədən bəhs edəcək.