Dünyaca məşhur amerikan aktyor Morqan Frimenin Rusiyaya girişinə qadağa qoyulub.
OLAY yazır ki, Kremlinin “qara siyahısı”na düşən film ulduzu ölkəyə girişinə icazə verilməyən 963 amerikalıdan biri olub.
Frimenin sözügedən siyahıya düşməsi 2017-ci ildə yayımlanan videoya əsaslanıb. Belə ki, o, həmin kadrlarda Rusiyanı Amerikanın daxili münasibətlərinə və demokratiyasına qarışdığına görə tənqid edən bəzi şərhlər edib.